"Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlər Ermənistan üçün önəm daşıyır" - QHT RƏSMİSİ AÇIQLADI

"Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlər Ermənistan üçün önəm daşıyır" - QHT RƏSMİSİ AÇIQLADI

“Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının üçtərəfli görüşü təkcə bu üç dövlət üçün, region üçün deyil, hesab edirəm ki, bütün dünya dövlətləri üçün olduqca maraqlıdır”. Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan hüquqları üzrə komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, bizim üçün maraqlı ola biləcək nüans budur ki, artıq müharibədən bir il keçdikdən sonra sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizinin açılması və Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması məsələsi gündəmdədir: “Sülh müqaviləsi o halda mövcud ola bilər ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmiş olur və Azərbaycanın suverenliyini tanıyır. Qarabağ ilə bağlı hər hansı bir status məsələsini irəli sürməsə, təbii ki, sülh sazişi imzalana bilər. Bu yöndə bu görüşün çox böyük əhəmiyyəti var. Elə hesab edirəm ki, Rusiya prezidenti Vladimir Putinin bu günlərdə bir neçə dəfə səsləndirdiyi fikirlər, sərhədlərin SSRİ dövründəki xəritələr əsasında delimitasiya olunması, Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlər Ermənistan üçün önəm daşıyır. Bu məsələdə artıq Rusiyanın mövqeyi ortaya qoyulur. Üçtərəfli görüşdə təbii ki, bu proseslər üzrə danışıqlar gedəcək. Məsələnin həllinə gedən yolun daha geniş başlanğıcı olacaq. Ümid edirəm ki, burada üç dövlət başçılarının iştirakı ilə ortaq məxrəc alınacaq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə