"Prezident İlham Əliyev tez-tez bölgələrimizə səfər edir. Ölkə başçısı regionumuzun, ərazilərimizin abadlıq işləri ilə yaxından maraqlanır, müxtəlif layihələrin hazırlanması ilə bağlı qərarlar verir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, Preziden İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə Şamaxı və İsmayıllı rayonlarına səfər etmişdir: "Həmin ərazilərdəki vəziyyətlə tanış olmuş və yerli əhali ilə görüş keçirmişdir. Rayonlarımızın iqtisadi inkişaf səviyyəsini, orada təməli qoyulmuş obyektlərdə tikinti işlərinin necə getdiyini yoxlayır, bəzi təmiri bitmiş tikintilərin isə açılış mərasimlərinə qatılmışdır. Ölkə Prezidentinin dediyi kimi dağ rayonları olsa da İsmayıllı və Şamaxıda ciddi quruculuq işləri gedir, bu rayonların siması gündən-günə dəyişir. Cənab Prezident həmçinin əhəlinin problemlərinin həll edilməsi məsələsini hər zaman göz önündə saxlayır və bu haqda müəyyən tədbirlər həyata keçirir. Məsələn, Şamaxıda yeni istifadəyə verilmiş rayon stadionun açılışında iştirak edib. Həqiqətən də bu stadion dövrün tələblərinə cavab verən və UEFA-nın tələblərinə uyğun şəkildə tikilmiş müasir və on mindən çox tamaşaçını qəbul edə biləcək sahəya malik olan stadiondur. Gələcəkdə də Şamaxıda və bölgədə idman sahəsində ciddi dəyişikliklərə təkan verəcəkdir. Yəqin ki, biz yaxın vaxtlarda Şamaxıda yeni futbol komandasının yaradılmasının da şahidi olacağıq. Eyni zamanda Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin, 7 saylı körpələr evi-uşaq bağçasının açılışı olub, “Meysəri” yarımstansiyasında, Şamaxı Gənclər Parkında yenidənqurma işləri aparılmışdır. Həmçinin İsmayıllı rayonunda küçələrin asfalt örtüyünün yenilənməsi, abadlıq işlərinin aparılması, biosmart avtobus dayanacaqlarının quraşdırılması, parkların abadlaşdırılması, məktəblərin təmir edilməsi və yeni məktəblərin inşa edilməsi kimi bir sıra vacib layihələr yerinə yetirilmişdir. İlham Əliyev hər iki rayondakı yenidənqurma, tikinti-təmir işləri ilə yaxından tanış oldu. Bu əhəmiyyətli bir səfər idi. Məncə, rayonların nəbzini yoxlamaq həm vətəndaşların ümumi əhval-ruhiyyəsinə müsbət təsir edir, həm də rayon rəhbərliklərini daha məsuliyyətli işləməyə vadar edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB