YAP-ın nümayəndələri Hərbi Qənimətlər Parkını ziyarət ediblər - FOTOLAR

Noyabrın 4-də Yeni Azərbaycan Partiyasının Binəqədi və Nəsimi rayon təşkilatlarının nümayəndələri 8 Noyabr - Zəfər Günü münasibətilə Hərbi Qənimətlər Parkını ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, ziyarət zamanı YAP-ın rayon təşkilatlarının nümayəndələrinə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun zabit və əsgərlərinin qəhrəmanlığı, eləcə də döyuş meydanında məhv edilmiş düşmən texnikalarının nümunələri və s. qənimətlər barədə ətraflı məlumat verilib. Ziyarətçilər İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizin rəmzinə çevrilmiş Qənimətlər Parkında “Qarabağ Azərbaycandır!” şüarı əks olunmuş kompozisiya, ermənilərin törəditdiyi müharibə cinayətləri, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə materiallar, Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları ilə tanış olublar.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Hərbi Qənimətlər Parkını Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı Qələbəsinin əyani nümunəsi kimi dəyərləndiriblər.

YAP-ın nümayəndələri Hərbi Qənimətlər Parkından yüksək təəssüratlarla ayrılıblar.

İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə