Gülayə Səfərova: "VIII Qlobal Bakı Forumu Azərbaycanın dünyada artan nüfuzunun sübutudur" RƏY

Gülayə Səfərova: "VIII Qlobal Bakı Forumu Azərbaycanın dünyada artan nüfuzunun sübutudur" RƏY

“Bakıda, Prezident İlham Əliyev cənablarının himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti - VIII Qlobal Bakı Forumun öz işinə başlaması, ilk növbədə, ölkəmizin regional gücdən beynəlxalq gücə çevrilməsinin, Azərbaycanın yüskələn nüfuzunun bariz sübutudur”. Bu sözləri SİA-ya “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, Azərbaycanın QHT sektorunun tanınmış təmsilçisi Gülayə Səfərova mövzu ilə bağlı açıqlama verərkən deyib.

Onun sözlərinə görə, Forumdakı “COVID-19”-dan sonrakı dünya” mövzusunun özü artıq dünyanın əsas gündəminin Bakıda müzakirə olunduğunu isbatlayır və həm də belə deməyə əsas yaradır ki, Azərbaycan bütövlükdə olaraq dünyanın ortaq məxrəcə gəldiyi dialoq, sülh və tərəqqi məkanıdır.

“Əbəs deyil ki, Bakı Forumu artıq ənənəvi hal daşıyır və davamlı xarakter almaqdadır. Bu, Azərbaycanın artan nüfuzu, həmçinin ölkəmizdə mövcud olan multikultural dəyərlərin təzahürüdür”, deyən Gülayə Səfərova vurğulayıb ki, belə bir böyük tədbirin, əhəmiyyətli platformanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzində keçirilməsi həm tariximizin tanıdılması, həm də dünya ictimaiyyətinin gündəliyində olan təxirəsalınmaz məsələlərin müzakirə edilməsi baxımından özündə bir sıra mühüm aspektləri birləşdirir: “Bildiyimiz kimi, 2021-ci il həm də “Nizami Gəncəvi ili” elan edilib və dünyanın siyasi-ictimai intellektuallarının belə bir tarixdə Azərbaycana səfər etmələri milli tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə, dəyərlərimizə bütövlükdə isə ölkəmizə göstərilən sonsuz hörmət mənasını kəsb edir”.

QHT rəhbəri onu da qeyd edib ki, Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizədə dünyaya nümunə etalonu təqdim edib və bu etalon, eyni zamanda, Azərbaycan modeli qismində də tanınmaqdadır. Bütövlükdə, pandemiya ilə mübarizədə ölkəmizin örnək fəaliyyəti hazırda da bir sıra digər ölkələr tərəfindən öyrənilir. Bu, bizim uğurumuzdur və həmçinin, qarşıda qazanacağımız uğurlarımızın yeni istiqamətidir. Ötən müddət ərzində Prezident İlham Əliyev cənablarının verdiyi qərarları həm də sosial qayğı çərçivəsində öz əhəmiyyətli məqamlarını ehtiva etməkdədir. Belə ki, sosial yardım paketlərinin həyata keçirilməsi, 2.9 milyard dollar həcmində dövlət büdcəsindən ayrılan vəsaitin pandemiyadan əziyyət çəkən vətəndaşların ehtiyaclarının ödənilməsinə istiqamətləndirilməsi, biznes sahəsinə dövlət dəstəyinin həyata keçirilməsi kimi atılan hər bir addımların arxasında məhz Prezident qayığısı, xalqın Lideri təzahürləri dayanmaqdadır”.

Gülayə Səfərova peyvəndlənmə prosesinin da süərtlə aparıldığını və həmin məsələnin III Bakı Forumunda xüsusi olaraq vurğulanmasını əsas gətirərək bildirib ki, dünyada ilk ölkələr sırasında Azərbaycanın vaksinasiya kampaniyasına başlaması və onu uğurla həyata keçirilməsi, 18 yaşdan yuxarı ölkə əhalisinin 60 faizinin iki doz vaksinasiya olunması və bunun dünyada ən yaxşı göstəricilərdən biri hesab edilməkdədir: “Bütövlükdə isə Azərbaycanın beynəlxalq səviyyədə pandemiya ilə mübarizəyə töhfələri, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində yardım ayırması, 30-dan artıq ölkəyə yardım göstərməsi ölkəmizin beynəlxalq miqyasdakı böyük humanizm prinsiplərinə söykəndiyini sübuta yetirmiş olur”.

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri digər mövzuya - Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması və Azərbaycanın BMT qətnamələrini özünün icra etməsi faktına da toxunub. Onun sözlərinə görə, dövlətimizin başçısının Forumdakı çıxışı zamanı bu mövzu ətrafında da irəli sürdüyü mühüm fikirləri, həmçinin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı bəyanatı denyaya verilən sülh mesajı idi: “Bəli, məhz Ermənistana dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, həmçinin, ATƏT-in Minsk qrupunun etinasız davranışları nəticəsində Azərbaycan torpaqlarını 30 illik işğaldan qurtarmaq üçün öz gücü və qüdrəti ilə hərəkətə keçdi, 44 günlük Zəfər yürüıündə bayrağımızı Qarabağ zirvələrində dalğalandırdı. Artıq bu gün işğal müddəti dövründə erməni işğalçıları tərəfindən viran qoyulmuş, talanmış və dağıdıclmış mədəni, dini və mənəvi irslərimiz bizlərə geri dönüb və bütün bunlar Müzəffər Sərkərdəmiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarının sarsılmaz qətiyyəti və iradəsi, xalqına güvəni, eləcə də xalqının ona olan sonsuz etimadı sayəsində reallaşdırılıb. Forum iştirakçıları olan ölkələr də bu həqiqətin şahidlərinə çevriliblər.

Bu gün həmin ərazilərdə bərpa və yenidənqurma işləri sürətlə aparılır, tezliklə vətəndaşları öz doğma torpaqlarına qaytarmaq üçün davamlı tədbirlər həyata keçirilir. Lakin bu prosesi daha da sürətləndirmək olardı və dövlətimizin başçısı həmin məsələyə də toxunmaqla bildirib ki, post-münaqişə dövründə Azərbaycanın konstruktiv təklifləri, slüh təşəbbüsləri hələ də Ermənistan tərəfindən cavablandırılmır, bu isə demarkasiya və delimitasiya işlərinin başlanması prosesini gecikdirir. Məhz bu bəyanatlardan sonra dünya birliyi bir daha Azərbaycanın haqq səsini eşidir, müvafiq nəticələrini çıxarırlar”.

Gülayə Səfərova sonda onu da qeyd edib ki, Azərbaycan yalnız bu platformada deyil, digər mühüm beynəlxalq təşəbbüslərdə öz liderliyini qoruyub-saxlayır və bu, davamlı xarakter almaqla ölkəmizin daha geniş tribunalarda söz sahibinə çevrilməsinə kifayət qədər əsaslar verir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə