"Heç bir ölkənin 44 gün ərzində torpaqları işğaldan azad etməsinə rast gəlinməyib" - SABİQ SƏFİR DANIŞDI
“Azərbaycanın 44 gün çəkən Vətən müharibəsi böyük tarixi zəfərlə nəticələndi”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, bu zəfər cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə və onun Vətən sevgisi ilə reallaşdı: “Azərbaycan xalqının dəstəyi, modern ordunun gücü və qəhrəmanlığı ilə, şəhidlərimizin qanları ilə biz torpaqlarımızı işğaldan azad etdik. Ona görə də bu gün biz çox qürurluyuq. Azərbaycan xalqı böyük qürur hissi keçirir. Zəfər bayramı çox fərqli bir bayramdır. Bu bayram təkcə Azərbaycanda yox, Türkiyənin və türk dünyasının bayramıdır. Bu Zəfər tarixi bütövlükdə türk dünyası üçün nümunədir. Heç bir ölkənin 44 gün ərzində torpaqları işğaldan azad etməsinə rast gəlinməyib. İgidlərimizin qəhrəmanlığı nəticəsində Şuşanı işğaldan azad etdik. Şuşanı işğaldan azad etmək çox önəmli idi və nəhayət 8 noyabr 2020-ci il tarixində biz Şuşanı işğaldan azad etdik. Bu 8 ayda işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri gedir. Çox qısa müddət ərzində Füzuli beynəlxalq hava limanı inşa edildi. Ayrıca Türkiyə dövlətinin və Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dəstəyi çox önəmli idi”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB