“Görüşlərsiz, danışıqlarsız və güzəştsiz situasiya yerindən tərpənməyəcək”
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Avroatlantik təhlükəsizlik araşdırmaları mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə mümkün görüşündən gələn gözləntiləri Bunin&Co teleqram-kanalına şərh edib.
SİA xəbər verir ki, bu barədə danışan Markedonov bildirib ki, Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin mümkün görüşləri ətrafında müzakirələr davam edir və oktyabrın 20-dən sonra bu barədə “etibarlı mənbələr” tərəfindən mütəmadi fikirlər yer almaqdadır, hətta yaxın vaxtlarda sözügedən məsələ ilə bağlı sammitin də keçiriləcəyi iddia olunur. SİTAT: “Bu versiyanın xeyrinə Vladimir Putinin “Valday” beynəlxalq diskusiya klubunun plenar sessiyasındakı bəyanatı da şahidlik edir. Rusiyanın dövlət başçısı qeyd edib ki, Bakı və İrəvan Qarabağ münaqişəsinin həll edilməsi yönündə irəliləyişlərə nail olublar, lakin regionda uzunmüddətli tənzimləmə şəraitini yaratmaq lazımdır. Əgər belədirsə, bu cür şəraitin danışıqlarsız formalaşdırılması mümkün deyil”, Sergey Markedonov bildirib.
Aleksandr İskəndəryan deyib: “Dövlət başçılarının görüşlərinə şübhəsiz ki, hazırlıqlar gedir... Anlaşılan budur ki, görüşün keçirilməməsi mümkün deyil”
O, xatırladıb ki, oktyabrda dərc edilən məqalələrdə Əliyevlə Paşinyan arasındakı mümkün görüşün 8-9 noyabrda keçiriləcəyi bildirilirdi və həmin tarixlərə çox az bir zaman qalıb. Lakin rəsmi İrəvan danışıqlara hazırlıqla bağlı heç bir məlumata malik olmadığını sübut etməyə çalışır. Erməni hökumətinin aparat rəhbəri Araik Arutyunyan (Xankəndi separatçısı Araik Arutyunyanla səhv salmayaq – R.R.) noyabrın 3-də bəyan edib ki, Ermənistan XİN-nin əvvəlki şərhlərinə əlavə etməyə heç bir sözü yoxdur. Lakin nazirliyin rəsmi nümayəndəsi Vaan Unanyan da yayılmış informasiyanı inkar edib.
“Həmin vaxtda Qafqaz ölkələrinin hər iki lideri sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı müzakirələr üçün danışıqlara hazır olduqlarını bildiriblər”, deyə qeyd edən Rusiyalı politoloq İrəvanın Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryanın fikirlərini də xatırladıb. “Bu, təsadüfi deyil, dövlət başçılarının görüşlərinə şübhəsiz ki, hazırlıqlar gedir... Anlaşılan budur ki, görüşün keçirilməməsi mümkün deyil. Ermənistanla Azərbaycanda bəzi suallar paketi var ki, onlar həll olunmalıdır. Və təbii ki, bu görüşün ortağı qismində Rusiya çıxış edəcək”, deyə Markedonov İskəndəryandan sitat gətirib, eləcə də bildirib ki, Qarabağda da məhz rus sülhməramlıları öz missiyalarını həyata keçirirlər: “Məhz Moskva birgə bəyanatların təşəbbüskarı olub və bu implentasiyalar Putinin dediyi həmin “uzunmüddətli tənzimlənmə şəraitini” yaratmalıdır”.
Markedonov: “Qarabağ travması – bu, ötənilki müharibənin ağır nəticəsidir”
Onun sözlərinə görə, sual yalnız tarixin müəyyən olunmasında və görüş üçün qeyd edilən “paketin” parametrlərindədir: “Ermənistanın rəhbərliyi aydındır ki, bu mövzunu vaxtından əvvəl aktivləşdirmək istəmir. Qarabağ travması – bu, ötənilki müharibənin ağır nəticəsidir. Cəmiyyət yeni güzəştlərdən ehtiyat edir və bu günə qədər edilən güzəşətləri cəmiyyət qəbul etmir, əlavə kompromislərdən isə qorxur. Əlbəttə, bu cür fobiyalar həm də daxili siyasi səbəblərə malikdirlər. “İkinci on noyabr” hiss olunarsa, müxalifət bu məsələ ilə barışmayacaq. Lakin həqiqət həm də budur ki, görüşlərsiz, danışıqlarsız və güzəştsiz situasiya yerindən tərpənməyəcək”, Markedonov qeyd edib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB