"Azərbaycan ticarət əlaqələrində logistika mərkəzi kimi özünə yer tutub" - YAP-IN SƏDR MÜAVİNİ
"Bütün vətəndaşlar və dünya azərbaycanlıları əlamətdar günü qeyd etməyə çalışır. Qarabağın işğaldan azad edilməsi tək ərazi bütövlüyümüzün bərpa edilməsi, tarixi ədalətin bərpası deyil eyni zamanda Azərbaycan iqtisadiyyatının əlavə gücün və bundan sonra həmin əzələlərin ölkə iqtisadiyyatına inteqrasiyası yolu ilə Azərbaycanın daha sürətli inkişafına təmin etməsinə yönəldilmiş prosesdir". SİA xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu istiqamətdə ölkədə nəzərdə tutulan yaxın müddətdə həyata keçiriləcək tədbirlər məruzələr dinləniləcək: "Baxmayaraq Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir, amma dövlət başçısı İlham Əliyevin uzaq görən və çoxşaxəli fəaliyyəti sayəsində Azərbaycan logistika mərkəzi kimi və ticarət əlaqələrində önəmli yer tutan ölkə kimi özünü təsdiq edib".
T.Budaqov vurğulayıb ki, lakin Zəngəzur dəhlizinin açılması ilə ölkəmizin tranzit potensialı daha da yüksələcək: "Proses Azərbaycanı bundan sonra daha sürətli inkişafına da regionda ümumiyyətlə dünyada olan mövqeyinin daha da möhkəmlənməsinə, xalqın rifahına xidmət edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB