“Zəfər günümüz milli qürurumuzun özümüzə qaytarıldığı bir gündür” HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Zəfər günümüz milli qürurumuzun özümüzə qaytarıldığı bir gündür” HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“44 günlük davam edən Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan silahlı qüvvələri Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərini və digər yaşayış məskənlərimizi düşmən işğalından azad edilməklə son iki yüz ildə ən böyük uğuruna imza atmışdır”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.

Onun sözlərinə görə, Şuşa şəhərinin azad edilməsi dünyanın hərb tarixinə qızıl hərflərlə yazılan unikal hərbi əməliyyatlardan biridir: “Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Vətən müharibəsində göstərdiyi şücaət bundan sonra da öyrəniləcək, təhlil olunacaq, dərsliklərdə yer alacaq. Bu qələbənin noyabrın 8-də Zəfər günü kimi qeyd olunması çox mühüm əhəmiyyət daşıyır. Zəfər günü bundan sonra da Azərbaycanın hərb tarixində mühüm əhəmiyyət kəsb edəcək və təntənəli günlərdən biri kimi daim qeyd olunacaq. Zəfər günümüz milli qürurumuzun, milli kimliyimizin özümüzə qaytarıldığı və Azərbaycanın hərb meydanında misilsiz qələbəsinin əbədiləşdirdiyi bir gündür”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə