"Ermənistan sülh sazişini imzalamaqla Azərbaycanın ərazi bütövlüyünü tanımış olacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistan sülh sazişini imzalamaqla Azərbaycanın ərazi bütövlüyünü tanımış olacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

“Əslində Ermənistanda əhalinin aksiyalar keçirməsi gözləniləndir. Bu cür aksiyaların məqsədi sülh sazişinin qarşısını almaqdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, bu cür aksiyaların keçirilməsində İranın maraqları var: “Hal-hazırda Ermənistanı qarışdıran İran və Fransadır. Çünki Ermənistan müxalifətini İran və Fransa dəstəkləyir. Məqsəd ayın 9-na qədər İrəvanda qarşıdurma yaratmaqdır ki, Moskvada Azərbaycan, Ermənistan və Rusiya üçtərəfli arasında imzalanacaq yeni bir razılaşmanın qarşısını almaqdır. Bundan başqa Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanıması ilə bağlı sülh sazişinin qarşısını almağa çalışacaqlar. Bu, Ermənistanın müxalifətini dəstəkləyən qüvvələrə və Ermənistan kilsəsi üçün çox vacibdir. Çünki uzun müddət Ermənistanda dövlət olmayıb. Orada hər şeyi kilsə idarə edirdi. Bu gün də həmin siyasət davam etdirilir. Bunun hamısı Paşinyana bir təzyiqdir. Amma inandırıcı görünmür. Çünki Ermənistan sülh sazişini imzalamaqla Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanımış olacaq və Qarabağın statusu haqqında heç bir söz gedə bilməz. Bütün bunları ümumilikdə götürdükdə Ermənistanda müxtəlif tipli aksiyaların keçirilməsi təbiidir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə