"Yaşaya bilmirlərsə cəhənnəm olub Ermənistanda yaşayarlar" - JURNALİST MÖVQE BİLDİRDİ

"Yaşaya bilmirlərsə cəhənnəm olub Ermənistanda yaşayarlar" - JURNALİST MÖVQE BİLDİRDİ

"Ermənilərin təxribatları məlumdur ki, zaman-zaman həmişə olub. Eyni zamanda onların layiqli cavabı Azərbaycan tərəfindən verilib". Bunu SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.

Jurnalist qeyd edib ki, ermənilərin yaşadığı Ağdərə ərazisi Azərbaycan ərazisidir və oraya faktiki olaraq nəzarəti Azərbaycan edir. Sadəcə olaraq sülhməramlılar arada sərhəd kimi dayanıblar. Bu da təkrar hər hansı münaqişənin olmaması üçündür. Bu o demək deyil ki, Ağdərə Ermənistanındır və ermənilər orada istədiklərini edə bilərlər. Xeyr, onlar bizim icazəmiz olmadan orada heç nə edə bilməzlər. Onlar hər hansı abidənin bərpasından danışırlarsa, əvvəlcə bu abidələrin siyahısını verməlidirlər və bu abidələrin, həqiqətən Ermənistana aid olduğunu təsdiqləməlidirlər. Ümumiyyətlə, bu abidənin olduğunu tarix təsdiqləyirsə bərpa etsinlər.

Ceyhun Musaoğlu bu barədə fikirlərini belə izah edib: "Ancaq bilinməlidir ki, onsuz da Azərbaycan bu ərazilərdə dağılmış abidələri, tarixi yerləri bərpa edəcək. Hər hansı abidələr, kilsələr, məscidlər sökülübsə, dağılıbsa, Azərbaycan yenə də onları bərpa edəcək. Ermənilər hansı abidələrindən danışır. Mən bunu ümumiyyətlə başa düşmürəm. Ermənilərin ümumiyyətlə kökü yoxdur. Erməni xalqının nə vaxt yarandığı ilə bağlı tarixi faktlar yoxdur. Qondarma bir toplumdur. Topluma belə çevrilə bilmədilər. Özləri də bunu prezidentləri, baş nazirləri səviyyəsində etiraf edirlər. Ümumiyyətlə, onlar kimdir ki, onları ciddiyə alaq? Sabah biz Ağdərəni yenidən qurub, bərpa etdikdən sonra onlar burada bizim hakimiyyətimiz altında yaşaya biləcəksə, yaşayacaq. Yaşaya bilmirlərsə, cəhənnəm olub Ermənistanda yaşayarlar. Yenə də, təkrar edirəm onlar hansısa abidədən danışırlarsa bunu tarixi faktlarla sübut etməlidirlər".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə