"Bu şəxslər qanunun ən sərt halları ilə cəzalandırılmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu şəxslər qanunun ən sərt halları ilə cəzalandırılmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Çox təəssüflər ki, ölkəmizdə hələ də azyaşlı körpələrə qarşı zorakılıq halları baş verir. Belə amansızlıqlar cəmiyyəti sarsıdır və narahat edir. Əslində belə xəbərləri eşitmək insanın psixoloji vəziyyətində böyük gərginliklər yaradır və gündəlik aldığımız informasiyalar içərisində ən ağır xəbərlərdən biridir". Bu sözləri SİA-ya açıqlamasımda deputat İlham Məmmədov bildirib.

Onun sözlərinə görə, bu bizim milli mental xüsusiyyətlərimizə tamamilə yad olan bir hadisədir: "Bu gün sosial şəbəkələr vasitəsilə dünyada baş verən hər bir hadisəni anında izləyirik və məlumat ala bilirik. Bunun içində yaxşı xəbərlər də var, pis xəbərlər də var. Müəyyən milli-mənəvi dəyərlərə təsir göstərən hallar da var. Çox təəssüf olsun ki, bunların qarşısını almaq bugünkü gündə heç də asan məsələ deyil. Ancaq bütün bunlarla yanaşı olaraq yeni bir strategiya, yeni bir yol hazırlanmalıdır. Hesab edirəm ki, Azərbaycanın milli-mənəvi dəyərlərinin yüksək tutulması istiqamətində təbliğat aparılmalıdır. Azərbaycan dünyada nümunəvi ailə institutu modellərindən biridir. Çünki burada böyüyə hörmət, kiçiyə qayğı, mərhəmət var. Dünya dəyərlərini, Avropa dəyərlərini bilmək lazımdır amma öz milli-mənəvi dəyərlərimizi üstün tutmalıyıq. Bu dəyərlər əsasında Ailə institutunu təbliğ etmək lazımdır. Maarifləndirici proqramlar hazırlanmalıdır, istər uşaqların, istər böyüklərin maarifləndirməsi üçün proqramların hazırlanması və tətbiqi sahəsində ictimai təşkilatların da üzərinə düşən funksiyaları artırmaq lazımdır. Bu gün insanların böyük əksəriyyəti sosial şəbəkələrdədir və bunu nəzərə alaraq internet resurslarında ailə dəyərlərini yüksək tutan materiallarla çıxış etmək çox yaxşı olardı.

Son dövrlərdə 11 yaşlı uşağa qarşı cinsi zorakılıq hadisəsi cəmiyyət tərəfindən çox pis qınanılır. Bu şəxs qanunun ən sərt halları ilə cəzalandırılmalıdır. Ancaq bu cəza işi həll edirmi? Əlbəttə, xeyr. Ona görə də insanların psixoloji vəziyyətinin yaxşılaşması istiqamətində də ciddi tədbirlər görülməlidir. Əlbəttə xoşa gəlməyən bir hadisədir. Bu kimi halların baş verməməsi üçün ciddi tədbirlər görülməlidir. Bu işdə hüquq-mühafizə orqanlarının və ictimaiyyətin üzərinə ciddi iş düşür".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə