"Məsuliyyətə cəlb edilmiş şəxslər azadlığa çıxacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Məsuliyyətə cəlb edilmiş şəxslər azadlığa çıxacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Konstitusiyanın 96-cı maddəsi rəhbər tutularaq 8 noyabr Zəfər günü münasibəti ilə "Amnistiya Aktı"nın yerinə yetirilməsi haqqında qərar layihəsi müzakirəyə çıxarılmaq üçün Milli Məclisə təqdim edilmişdir". Bunu SİA-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, bu gün Milli Məclisin müvafiq komitələrində həmin "Amnistiya Aktı"nın müzakirəsi keçirilir və bu məsələ eyni zamanda noyabrın 5-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq: "Mən inanıram ki, bu Amnistiya Milli Məclis tərəfindən qəbul olunacaq. Çünki bu çox əhəmiyyətli bir hüquqi aktdır və Azərbaycanın ən mühüm tarixi günündə təqdim olunur. "Amnistiya Aktı"nda nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyətə cəlb edilmiş və məhkum olunmuş şəxslər azadlığa çıxacaqdır. Cinayət məsuliyyətindən və cəzadan azad ediləcəkdirlər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə