YAP Biləsuvar rayon təşkilatının əməkdaşları şəhid ailələrini ziyarət ediblər ANIM
Biləsuvar rayonunda ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda mərdliklə döyüşən və qəhrəmancasına həlak olan Vətən övladlarının şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədr əvəzi Aqşin Bağırov, təşkilatın əməkdaşları və fəalları 2 noyabr 2021- ci il tarixdə 44 günlük Vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Vətən Müharibəsi Qəhrəmanı şəhid Babayev Nihad Akif oğlunun ildönümü ilə əlaqədar ailəsini ziyarət etmiş və məzarı üzərinə gül dəstələri düzmüşlər.
Daha sonra Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədr əvəzi Aqşin Bağırov, təşkilatın əməkdaşları və fəalları Aşağı Cürəli kəndindən olan şəhid Mirzəyev Orxan Əli oğlunun ildönümü ilə əlaqədar ailəsini ziyarət etmiş və məzarı üzərinə gül dəstələri düzmüşlər.
Allah rəhmət eləsin!
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB