"G20 sammitində ölkəmiz üçün diqqət çəkən məqamlar müzakirə olunub" - ŞƏRH EDİLDİ

"G20 sammitində ölkəmiz üçün diqqət çəkən məqamlar müzakirə olunub" - ŞƏRH EDİLDİ

"Ümumiyyətlə, G20 liderlərinin sammiti 1999-cu ildə yaradılıb. O zamanlar maliyyə nazirləri və maliyyə bankları rəhbərlərinin müzakirələr aparması üçün yaradılmış bir qurum idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamran Bayramov bildirib.

Onun sözlərinə görə, 2008-ci ildən etibarən artıq dövlət və hökumət başçıları da həmin bu qurumda bir araya gəlirlər: "Eyni zamanda bilirsiniz ki, G20-yə daxil olan ölkələr dünya iqtisadiyyatının 80 faizini əhatə edən ölkələrdir. Bu isə təşkilatın dünya iqtisadiyyatına təsir göstərən mötəbər bir qurum olduğunu göstərir. Romada keçirilən Zirvə toplantısında qlobal problemlərin müzakirəsi, həmçinin iqlim dəyişikliyi, dünyanın inkişafı və bu gün ölkəmizin və dünyanın əziyyət çəkdiyi covid-19 pandemiyası ilə bağlı problemlər, həmin dövrdə yaranan iqtisadi problemlərin bərpası məsələləri danışılıb. Bilirsiniz ki, həmin sammitdə nəhəng şirkətlərdən olan “Google”, “Amazon”, “Micosoft” və “Facebook” kimi şirkətlərin artıq 15 faiz dərəcə ilə vergiyə cəlb olunma qərarı alınmışdır. Eyni zamanda siyasi sahədə də bir çox qərarlar alınmışdır. Strateji müttəfiqimiz, qardaş ölkəmiz olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da orada müəyyən görüşlər keçirmişdir. Eyni zamanda Amerika və Fransanın prezidentləri ilə görüşlər keçirilib və bizim üçün diqqət çəkən məqamlardan biri olan Cənubi Qafqazda diplomatik vəziyyət müzakirə olunub. Türkiyənin müəllif olduğu “3+3” platforması da müzakirə olunub. Həmin sammitdə iştirak edən həm Türkiyənin, həm də Rusiyanın xarici işlər nazirlərinin görüşü baş tutub. Bu görüşdə Cənubi Qafqazla bağlı məsələlər müzakirə olunub. Mən düşünürəm ki, bu dünya üçün vacib bir yığıncaq idi. Çünki bir çox bəşəriyyəti narahat edən problemlərlə bağlı müəyyən qərarlar qəbul olunub, müzakirələr aparılıb və mən düşünürəmki, bu görüşün təsirini yaxın zamanlarda görəcəyik. Sammitdə pandemiya ilə bağlı peyvəndləmə faizinin hədəfi qoyulub. Sammitdən sonra peyvəndləmə prosesi sürətlənəcək və dünya bu xəstəliyə qalib gələcək".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə