Qusarda Vətən müharibəsi şəhidi Ramin Nurəhmədovun xatirəsi anılıb FOTOLAR
Qusar rayonunun Nəcəfkənd kəndində 44 günlük Vətən müharibəsinin şəhidi Nurəhmədov Ramin Marif oğlunun ildönümü mərasimi keçirilib. Anım mərasiminə YAP Qusar rayon təşkilatının fəalları, şəhid ailəsinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri qatılıb. Mərasim iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edib və tər gül dəstələri düzüb, ruhuna dualar oxumaqla xatirəsini yad ediblər.
Sonra şəhidin ailəsi ziyarət olunub, səmimi söhbət əsnasında onları narahat edən problemlər dinlənilib. Şəhidin atası Marif Nurəhmədov onlara göstərilən diqqət və qayğıya görə, ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirib. Qeyd edək ki, Vətən müharibəsində Xocavənd və Şuşa döyüşləri zamanı şəhid olmuş Ramin Nurəhmədov "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Nəzakət Ələddinqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB