"Yarış noyabrın 4-dək davam edəcək" - HƏRBİ EKSPERT AÇIQLADI

"Yarış noyabrın 4-dək davam edəcək" - HƏRBİ EKSPERT AÇIQLADI

“Ümumiyyətlə Azərbaycan Silahlı Qüvvələrinin istər irimiqyaslı təlimləri, istər qoşun növləri səviyyəsində olan təlimləri, istər xüsusi texnikalar səviyyəsində olan təlimlər yalnız ordunun döyüş bacarığını gücləndirmək, hərbi qulluqçularımızın hərbi bilik və bacarıqlarının gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, silahlı qüvvələrə ayrı-ayrılıqda bu cür yarışların, təlimlərin keçirilməsi əlbəttə ki, bir stimuldur: “Hərbi qulluqçular öz aralarında ordu səviyyəsində yarışlarda iştirak edirlər. Bu yarışlar hərbi qulluqçularımızın bilik və bacarıqlarının öyrənilməsində çox böyük əhəmiyyət daşıyır. Bu yarışlar sayəsində bütün sahələrdə olan hərbi qulluqçular texnikanın dərinliyini öyrənə bilirlər. Yəni orduda keçirilən bütün təlimlər, yarışlar yalnız hərbi qulluqçularımızın bilik və döyüş bacarığının gücləndirilməsinə xidmət edir”.

Qeyd edək ki, təsdiq olunmuş döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Ən yaxşı PDM-2, PDM-3 və ZTR-82A heyəti” adı uğrunda yarış keçirilir. Şəxsi heyətin döyüş hazırlığını yüksək səviyyədə saxlamaq məqsədilə keçirilən yarış dörd mərhələdən ibarətdir. Fiziki hazırlıq, atəş hazırlığı və sürücülük üzrə tapşırıqları icra edən hərbi qulluqçular, yarışın qaydalarına uyğun olaraq fərdi və heyət şəklində normativləri də yerinə yetirirlər. Yarış noyabrın 4-dək davam edəcək.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə