YAP Sabunçu rayon təşkilatının fəalları “Hərbi Qənimətlər Parkı”nda olublar - FOTOLAR
Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının və “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin rəhbərliyi və fəalları 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında məğlubiyyətə uğrayan düşməndən qənimət götürülmüş hərbi texnikaların nümayiş etdirildiyi “Hərbi Qənimətlər Parkı”na ekskursiya edib.
Ziyarətçilərə “Hərbi Qənimətlər Parkı” haqqında məlumat verilib. Bildirilib ki, burada düşməndən hərbi qənimət kimi götürülən 300-dən çox eksponat - hərbi avtomobillər, tanklar, toplar, raket qurğuları, eləcə də silah-sursat və s. nümayiş olunur. Parka gələnlər Vətən müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər.
Partiya fəalları parkda nümayiş etdirilən Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri avtomobillərin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi, yaralanması barədə faktlarla, eləcə də düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin qalıqları ilə böyük maraqla tanış olublar. Ordumuzun güc və əzmini bir daha göstərən “Hərbi Qənimətlər Parkı”ndan qürurverici təəssüratlarla ayrılan fəallar Parkın yaradılmasının Vətən müharibəsində “Dəmir Yumruq” siyasətilə qazanılmış Şanlı Zəfərin gələcək nəsillərə ötürülməsi üçün lazım olan əyani nümunələrdən biri olduğunu vurğulayıblar.
“Hərbi Qənimətlər Parkı”na səfər fəalların məlumatlandırılması və xatirə fotolarının çəkilməsi ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB