Şəhid Nəzir Osmanovun şəhadətinin ildönümü ilə əlaqədar xatirəsi anılıb FOTOLAR

Şəhid Nəzir Osmanovun şəhadətinin ildönümü ilə əlaqədar xatirəsi anılıb FOTOLAR

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının fəalları, rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, N saylı hərbi hissənin zabit və əsgər heyəti, rayon ictimaiyyətinin nümayəndələri 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Qax rayonu Qıpçaq kəndindən şəhid Osmanov Nəzir Rahib oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarını ziyarət etmiş, məzarı üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad etmişlər. Anım mərasimində şəhid Nəzir Osmanovun ailəsinə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə (ölümündən sonra) verilən "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları təqdim edilib.

Daha sonra partiya fəalları şəhidimizin ailəsinə baş çəkərək, ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə