"Forum Azərbaycanın siyasi arenada əhəmiyyətini artırır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Ümumiyyətlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzində Qlobal Bakı Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq humanitar missiyada mühüm rol oynadığını göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Azərbaycan bir neçə ildir ki, Beynəlxalq Humanitar Təşkilatların konfranslarına ev sahibliyi edir: "Ümumiyyətlə “Covid-19-dan sonra yeni dünya nizamı”, “Yeni dünya iqtisadiyyatı”, “Səhiyyə və əhalinin vaksinasiyası”, “Cənubi Qafqaz regional inkişaf və əməkdaşlıq üçün prespektivlər” kimi bir sıra mövzuların keçiriləcəyi forumda Azərbaycanın dünyaya verdiyi töhfələr, xüsusilə də covid-19-a qarşı mübarizə dünya iqtisadiyyatında Azərbaycanın rolu, Qarabağ müharibəsindən sonra regionda sülhün və təhlükəsizliyin təmini istiqamətində mühüm rol oynayıb. Demək olar ki, regionda yeni bir səhifənin açılmasına töhfə verib. Mən hesab edirəm ki, belə bir konfransların ölkəmizdə keçirilməsi Azərbaycanın dünya beynəlxalq siyasi arenasında əhəmiyyətini artırır və Azərbaycan söz sahibinə çevrilir. Azərbaycan Qoşulmama Hərəkatının üzvü və bu hərəkata sədrliyi dövründə Bakıda mötəbər bir konfrans keçirildi. Azərbaycan bu tribunada dünyaya sülh və təhlükəsizliyin təmini istiqamətində təkliflərlə çıxış etdi. Həmçinin Covid-19-a qarşı mübarizədə birgə fəaliyyət üzrə öz təkliflərini bildirdi. Əlbəttə ki, Azərbaycanın bu istiqamətlərdə təklifləri nəzərə alınır və praktik cəhətdən icra edilir. Bakıda da bu kimi mövzularda konfransların, forumların keçirilməsi Azərbaycanın davamlı mövqeyini gücləndirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB