400 hektardan artıq ərazi minalardan təmizlənib

400 hektardan artıq ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan SİA-ya bildirilib ki, oktyabrın 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 338 piyada əleyhinə mina, 154 tank əleyhinə mina və 1389 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

408 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə