"Zəngəzur dəhlizinin açılması sülhün və təhlükəsizliyin təmin olunmasında müsbət nəticələr verəcəyini göstərir”. - HƏRBİ ESKPERT AÇIQLADI
“Zəngəzur dəhlizinin açılmasının Azərbaycan üçün böyük əhəmiyyəti var”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi ilk növbədə Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi məsələsində çox böyük əhəmiyyətə malikdir: “Digər tərəfdən isə Zəngəzur dəhlizi yüksələn dinamika nümyiş etdirən Azərbaycan və Türkiyə əməkdaşlığını daha üstün bir səviyyəyə daşıyacaq. Ümumilikdə Zəngəzur dəhlizinin öz funksiyalarını yerinə yetirməsi Azərbaycanın Ermənistan ilə olan sərhədlərinin təhlükəsizliyi baxımından çox vacibdir. Ümumilikdə isə Zəngəzur dəhlizinin açılması həm beynəlxalq, həm də regional sülhün və təhlükəsizliyin təmin olunmasında kifayət qədər müsbət nəticələr verəcəyini göstərir”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB