"Azərbaycan-İran münasibətləri əvvəlki vəziyyətinə dönəcək” - QHT RƏSMİSİ AÇIQLADI
“İran qonşu dövlət dediyimiz və həmişə normal münasibət bəslədiyimiz bir dövlət heç bir səbəb göstərmədən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı çox yanlış mövqe nümayiş etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, ərazilərimizə qeyri-qanuni şəkildə İran dövlətinin maşınları daxil oldu, qanunsuz yüklər danışdı: “Biz İranla qonşu dövlətik. Amma çox təəssüf ki, İran din qardaşlarını, haqlı olan bir dövləti deyil, işğalçı bir dövləti dəstəkləməyə üstünlük verdi. Düzdür Azərbaycanın ictimai, siyasi xadimləri İran tərəfinə lazımi cavablarını verirdi. Onların müəyyən fiqurlarının həqiqətə uyğun olmayan fikirlərinə cavablar verirdi. Amma sonda cənab Prezidentin “biz digər dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Bunu da qonşularımızdan və digər dövlətlərdən bizə qarşı bu mövqeyi tələb edirik” deməsi ilə Azərbaycan-İran münasibətlərində yumşalmalar başladı. Sonda isə İran rəsmi olaraq yükdaşıma qurumlarına Azərbaycan ərazilərinə və o cümlədən Laçın şəhərinə qanunsuz yükdaşımaları və Ermənistandan bu ərazilərə yükdaşımaları qadağan etdi. Çox təəssüf ki, İranın Ermənistandakı səfiri 9 noyabr sazişi və Zəngəzur dəhlizi ilə bağlı yenə məntiqə sığmayan fikirlər səsləndirdi. Bu onu göstərir ki, onlar üzdə barışsalar da, Azərbaycanın qələbəsini həzm etməyən İranda müəyyən qüvvələr var. Hesab edirəm ki, bu da müvəqqətidir və gec-tez Azərbaycan-İran münasibətləri əvvəlki vəziyyətinə dönəcək”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB