"Azərbaycan və Türkiyənin bu proseslərdə iştirakı vacibdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan və Türkiyənin bu proseslərdə iştirakı vacibdir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Artıq Azərbaycanda fərqli inkişaf var. Yaxın gələcəkdə Füzulidən Türkiyənin bir çox iri şəhərlərinə birbaşa nəqliyyat marşrutu olacaq. Bu yolların tikintisi ilə bağlı işlər sürətlə davam edir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.

Onun sözlərinə görə, Füzuli beynəlxalq hava limanı ilk xarici qonağını qəbul etdi və bütövlükdə Qarabağın hava məkanı üzərində hakimiyyətimizin suverenliyi tam şəkildə tanındı: “Bu anlayış özü həm bölgəyə, həm regiona, həm də dünyaya bir mesajdır. Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzuli rayonuna səfər etməsi Azərbaycan və Türkiyə arasında bağlanmış Şuşa bəyannaməsinin icrasına başlanıldığının göstəricisi oldu. Çünki bölgədə iki qardaş ölkənin mövqeyi nəzərə alınmadan heç bir proses başladıla bilməz. Azərbaycan və Türkiyənin bu proseslərdə iştirakı vacibdir".

Sübut Əsədov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, cənab Prezident dahi sərkərdə, güclü və qüdrətli dövlət xadimi və iradəli liderdir: “Qarabağın işğaldan azad olunmasından sonra ölkə başçısının Qarabağın dirçəldilməsi ilə bağlı gördüyü işlərə görə onu Vətənimizin memarı da adlandıra bilərik. Türkiyə pezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birbaşa Füzuliyə gəlişi və Azərbaycan Prezidenti cənab İlham Əliyevin iradəsi ilə 8 ay ərzində ərsəyə gəlmiş Füzuli beynəlxalq hava limanının açılış mərasimini iki qardaş ölkə liderinin birgə həyata keçirməsi Azərbaycan və Türkiyənin birlik, müttəfiqlik münasibətlərini bütün dünyaya bəyan etdi. Cənab Rəcəb Tayyib Ərdoğanın səfəri bir daha Türkiyənin bölgədə var olduğunu Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, müttəfiqlik əlaqələrimizin bölgənin sülh və təhlükəsizliyinə hesablandığını sübut etdi. Bununla yanaşı eyni zamanda bölgəmizə təhdid ünsürü ola biləcək düşmənin başını istənilən tərzdə əzməyə qadir olduğumuzu bəyan etmiş oldu”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə