Elman Məmmədov: “Bu gün Ermənistan adlandırılan dövlətdə hansısa azərbaycanlı yaşayır?!”
“Əgər Azərbaycanın tarixi torpaqları olan Ermənistanda (Qərbi Azərbaycanda) azərbaycanlıların qayıdıb öz dədə-baba yurdlarında yaşamasına onlar razılıq vermir, istəmirlərsə, bəs Qarabağda niyə ermənilər yaşamalıdır?! Hər şey qarşılıqlıdır. Belə olan halda, hesab etmirəm ki, azərbaycanlılarla ermənilərin birgəyaşayışı mümkün olsun”.
SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Məmmədov sözügedən məsələ ilə bağlı münasibətini açıqlayarkən deyib. Onun sözlərinə görə, Qarabağda azərbaycanlılarla ermənilərin birgəyaşayışı məsələsini hər kəs bir cür şərh edə bilər. "Mən onların ötən illər ərzində bizə qarşı törətdikləri vəhşiliklər, qanlı olaylar, soyqırımlar, etdikləri təhqirləri nəzərə alaraq hesab etmirəm ki, ermənilərlə azərbaycanlıların bərabər yaşaması mümkün olsun”, deyə qeyd edən millət vəkili digər bir məqama da toxunaraq bildirib ki, bu gün bir sıra insanlar, eləcə də özü də deyib ki, əgər Qarabağda 25-30 min yerli erməni bizim qanunları qəbul edərsə, heç bir cinayət törətməyib və vətəndaşlığımızı qəbul edirlərsə, bizlə birgə yaşaya bilərlər və dövlət siyasətimiz də bunu vurğulayır: “Dövlət siyasətimiz də deyir ki, 1988-ci il hadisələrinə qədər həqiqətən orda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda, orada birgəyaşayış mümkündür. Amma mən məsələyə başqa tərəfdən yanaşıram və sual verirəm: bu gün Ermənistan (Qərbi Azərbaycan) adlandırılan dövlətdə hansısa azərbaycanlı yaşayır?! Halbuki Ermənistan dövlətinin ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Ermənistanda bir nəfər də olsa yaşayan azərbaycanlı varmı?! Əlbəttə, yoxdur. Bəs xeyir ola, ermənilər mənim torpağımda, respublikamda yaşamalıdır?! Hər şey qarşılıqlı olmalıdır”, millət vəkili Elman Məmmədov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB