“Ermənistan həmin səhifələrdə daim öz vəhşi obrazı ilə qalacaq" - DEPUTAT ŞƏRH ETDİ
“Düz bir il bundan öncə Bərdə şəhərinə atılan raketlər erməni terrorunun, erməni vandalizminin növbəti nümunəsi idi. Məlum terror nəticəsində böyük insan itkisi oldu, yaralananlar oldu, dağıntılar oldu, amma bütün bunlara baxmayaraq qəhrəman Bərdə camaatı bir addım belə geri çəkilmədi, yaşayış məkanını tərk etmədi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputatın sözlərinə görə, bu onunla bağlı idi ki, həmin vaxt Azərbaycan xalqı dəmir yumruq şəklində birləşmişdi: “Bu, ona görə belə idi ki, həmin vaxt bizi heç nə qorxuda bilməzdi və hər kəsin beynində, könlündə yalnız və yalnız Qarabağın işğaldan azad edilməsi vardı. Bərdə camaatı da həmin amala, ideyaya, arzuya söykənərək düşmən terrorurun qarşısında fədakarca dayandı, duruş gətirdi, mübarizə apardı. Ermənistan Bərdəyə raket atmağı bacardı amma Bərdə camaatının, bu qəhrəman insanların əzmini sındırmağı bacarmadı”.
E.Musayev vurğulayıb ki, tarix hər bir məqamı, hadisələri öz səhifələrinə həkk edir: “Ermənistan həmin səhifələrdə daim öz vəhşi obrazı, Azərbaycan isə mübarizliyi, qətiyyəti və iradəsi ilə qalacaq. Tanrı şəhidlərimizə qəni-qəni rəhmət eləsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB