YAP Gədəbəy rayon təşkilatının fəalları şəhdlərin ildönümlərində iştirak ediblər

27.10.2021-ci il tarixində, Gədəbəy RİH başçısı vəzifəsini müvəqqəti icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Milli Məclisin deputanı Sevinc Hüseynovanın köməkçisi Elxan İsmayılov, YAP Gədəbəy rayon təşkilatının gənclər birliyinin üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canlarından keçən Şəhidlərimiz- rayonun Çalburun kənd sakinləri Müzəffərli Kənan Azər oğlu və Mustafayev Elvin Qiyas oğlunun, ildönümləri münasibətilə, Şəhidlərin valideyiniləri ​ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi ruhuna dualar oxundu. Şəhid valideyinləri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə