"Vaxtilə mövcud olmuş dəmir və avtomobil yolları müəyyən növbəliklə açılmalıdır" PAŞİNYAN

"Vaxtilə mövcud olmuş dəmir və avtomobil yolları müəyyən növbəliklə açılmalıdır" PAŞİNYAN

"Üçtərəfli bəyanatda regiondakı bütün nəqliyyat və kommunikasiyaların açılması göstərilib. Bu, o deməkdir ki, vaxtilə mövcud olmuş dəmir və avtomobil yolları müəyyən növbəliklə açılmalıdır”, SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan parlamentdəki çıxışında bu barədə bildirib.

Onun sözlərinə görə, bu yollar region ölkələri üçün əlçatan olmalı, yükdaşımalara və sərnişindaşımalara xidmət etməlidir.

“Kommunikasiyaların açılması düşmənçilik deyil, sülh və təhlükəsizlik məntiqinə malik olmalıdır. İndi bu yolların marşrutları müzakirə olunur”, deyə Paşinyan bildirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə