"Bu təlimlər Türkiyə və Pakistanın döyüş hazırlığının yüksəldilməsinə hesablanıb" - ŞƏRH

“Son illərdə Türkiyənin dünyada və regionda nüfuzu artır. Türkiyə həm siyasi, həm iqtisadi, həm də hərbi əlaqələrini genişlənməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, xüsusən Yaxın Şərqdə müsəlman dünyasında Türkiyənin nüfuzunun artması bizi də şox sevindirir: “Türkiyə dövləti Azərbaycan, Pakistan, Gürcüstan və Ukrayna ilə üçtərəfli, ikitərəfli əməkdaşlıq edir. Türkiyə, Pakistan və Qətərin birgə hərbi təlimləri keçirməsi çox əhəmiyyətlidir. Bu təlimlər Türkiyə və Pakistanın döyüş hazırlığının yüksəldilməsi deməkdir. Qətərin ən ağır zamanlarında Türkiyə onun yanında oldu və Qətərə hər cür dəstək verdi. Qətər ordusnun yaranmasında, formalaşmasında və inkişaf etməsində Türkiyə Silahlı Qüvvələrinin böyük rolu var”.

Emin Həsənli sözlərinə davam edərək həmçinin qeyd edib ki, Pakistan dünyanın ən güclü ordularından birinə sahibdir: “Xüsusən yerləşdiyi regionda böyük nüfuza malikdir. Həm say təkibi baxımından, həm də döyüş hazırlığı baxımından qüdrətli ordusu var. Bundan əlavə Türkiyə ordusu döyüş texnikası baxımından sürətlə inkişaf edir. Tükiyənin hərbi müdafiə sənayesi özünün yeni silahlarını istehsal edir. Yaxın zamanda Türkiyənin hərbi snaye potensialı daha da güclənəcək və bu da Türkiyənin regionda daha da nüfuzunun artmasına gətirib çıxardacaq. Türkiyənin güclənməsi Azərbaycanın güclənməsi deməkdir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə