Şəhid Elməddin Namazovun ildönümü qeyd olunub ANIM

27 oktyabr 2021-ci il tarixdə Samux rayonunun Qovlarsarı kəndində anadan olan qəhrəman şəhidimiz Namazov Elməddin Nəsib oğlunun ildönümü qeyd edilib. İldönümü mərasimində Samux rayon İcra hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən hərbi əməliyyatlarda Elməddinin timsalında neçə-neçə igidimizin qarşıya qoyulan döyüş tapşırıqlarını şərəflə yerinə yetirərək əsl qəhrəmanlıq nümunələri sərgilədiyi bildirilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elməddin Namazov ölümündən sonra "Vətən uğrunda" medalı, “Döyüşdə fərqlənməyə görə” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. 44 günlük vətən müharibəsində şəxsi igidlik və şücaət göstərən Elməddin Namazov Qubadlı, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 27 oktyabr 2020-ci ildə Gəncə Şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

İlham

Bütün xəbərlər Facebook səhifəmizdə