"Bu Qubadlının tarixi əhəmiyyətini daha da artırır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Hazırkı dövrdə yaşadığımız günlər Azərbaycan üçün həm olduqca tarixi, həm də siyasi baxımdan əhəmiyyətlidir. Çünki artıq Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalmış özünün doğma torpaqlarını öz ordusunun, əsgərinin gücü ilə azad edib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, burada təbii ki, diplomatiyamızın, siyasətimizin mühüm rolu olub və bu gün Azərbaycan azad bir ölkədir, torpaqlarımız azaddır: "Artıq Azərbaycanın həmin ərazilərdə, həmin kəndlərdə, həmin rayonlarda üçrəngli bayrağı dalğalanır. Təbii ki, keçən ilin 27 sentyabrından əvvəl bizim üçün Qubadlının, Füzulinin, Laçının, Şuşanın və digər rayonlarımızın kəndlərimizin işğalı hüzn günü kimi qeyd olunurdu. Çünki biz bu torpaqları müəyyən zaman əvvəl itirmişdik. Amma artıq işğal edilmiş torpaqlarımızı işğaldan azad etdik. Bunların içərisində Qubadlı xüsusi yer tutur. Qubadlının həm İranla sərhəd olması, həm də Şərqi Zəngəzur ərazilərində olan hissələri əhəmiyyətli bir məqamdır. Bu Qubadlının tarixi əhəmiyyətini daha da artırır. Və təbii ki, bu qazanılmış uğurlar, nailiyyətlər bizim üçün önəmlidir. Hesab edirəm ki, nəinki Qubadlı Zəngilanın, Füzulinin, Cəbrayılın da işğal tarixilərini biz qeyd etdikcə artıq özümüzə inam hissi artır, ordumuzun gücünə inam hissi artır. Dövlətçilik ənənələrimizin möhkəmlənməsi ilə bağlı, müstəqilliyimizin qorunması ilə bağlı, suveren siyasət yürütməyimizlə bağlı fikirlərimiz daha da möhkəmlənir. Hesab edirəm ki, bu belə də davam edəcək. İllər keçdikcə yetişməkdə olan yeni nəsil artıq bizim bu qazandığımız tarixi nailiyyətləri görəcək və bundan daima tarixi yaddaş kimi bəhrələcəklər".

Abutel İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...