Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov,Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Füzuli Gülaliyev, hüquq-mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri, Qobustan şəhərindən “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Şəhid Hacıyev Sərxan Eldar oğıunun məzarını ziyarət etmişlər. Şəhidin məzarı önünə tər gül dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildirib, ruhuna dualar oxunmuşdur.
Görüşdə şəhidin valideynləri oğlunun hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”,” Cəsur döyüşçü” və “ Füzulinin azad olunmasına görə” medallarına layiq görüldüyünü qeyd ediblər. Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB