YAP Qazax rayon təşkilatının fəalları şəhidin ildönümü ilə əlaqədar məzarını ziyarət ediblər FOTOLAR

25 oktyabr 2021-ci il tarixdə YAP Qazax rayon təşkilatının fəalları və rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidi Əfəndiyev Adil Qədir oğlunun şəhid olmasının ildönümü ilə əlaqədar məzarını ziyarət ediblər. Ziyarətçilər şəhidin ruhuna dualar oxumuş və məzarının üstünə tər gül dəstələri düzmüşlər. Daha sonra YAP Qazax rayon təşkilatının fəalları 44 günlük Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazan şəhidin ailəsi ilə görüşmüşlər.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə