"Hər bir işdə Türkiyə Azərbaycanla bərabərdir" - DEPUTAT MÖVQE BİLDİRDİ

"Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri yenə də bütün dünyaya mesajdır ki, hər bir işdə Türkiyə Azərbaycan ilə bərabərdir". Bunu SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Füzuli aeroportu olduqca qısa müddətdə hazır oldu.

Bu haqda Asim Mollazadə fikrini belə izah edib: "Bu Azərbaycanın "Böyük Qayıdış" layihəsini sürətlə davam etdirdiyinin bariz, açıq nümunəsidir. Bu işlərdə Türkiyə Azərbaycan ilə digər işlərdə olduğu kimi bərabər olacaq. Bununla da "Böyük Qayıdış" tezliklə təmin olunacaq". Türkiyə Azərbaycan birliyi sarsılmazdır və günü-gündən güclənir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə