Azərbaycan və Türkiyə prezidentlərinin İstanbulda görüşü gözlənilir

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda görüşü gözlənilir. SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Twitter" hesabında paylaşım edib.

“Cənab Prezident Əliyevin “Qardaşım” dediyi zaman kimi nəzərdə tutduğunu hər kəs çox yaxşı bilir. Prezidentlərimiz bir il ərzində 3-cü dəfə - sabah, oktyabrın 26-sı Qarabağda, 4-cü dəfə isə noyabrın 12-də İstanbulda görüşəcəklər. Gözləyirik”, - deyə paylaşımda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə