“Ermənistan qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan və Ermənistan arasında böyük sülh sazişinin şərtləri ilə bağlı müzakirələrin başlanmasını regionda nəhayət ki, dayanıqlı sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlı olan bütün tərəflər region xalqları və dövlətləri, habelə, beynəlxalq birlik çox böyük intizarla gözləyir. Lakin buna qədər Moskva razılıqlarında əksini tapmış müddəalar ətrafında müzakirələrin aparılmasına ciddi ehtiyac var”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Moskva müqaviləsi bölgədəki nəqliyyat- kommunikasiya xətlərinin, dəhlizlərinin açılmasını edir: “Ermənistan tərəfi Moskva razılıqlarının sərtlərinə imza atmasına baxmayaraq hələ də qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edir. Erməni tərəfinin danışıqları danışıqlar naminə aparması münaqişənin doğurmuş olduğu problemlərin həllini yubatmaqla yanaşı, bölgəyə investisiyaların cəlb olunmasını müəyyən dərəcədə əngəlləyir. Vəziyyət dərhal təcili və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. Azərbaycan ordusunun 44 günlük savaşda qazandığı qələbə bölgədə geosiyasi reallıqları dəyişdiyindən bölgəyə Qərb institutlarının rəsmilərinin də səfərləri artıb. Bu gün nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı danışıqlarda bir çox problemlərin həlli asılı olacaq. Ermənistandakı mövcud vəziyyət müharibə çağırışları, revanşist, qisasçı qüvvələrin referansları göstərir ki, rəsmi İrəvan hələ bir müddət millətçilər tərəfindən xəyanətdə suçlanmalarından ehtiyat edərək sülh danışıqlarına meyillənməyəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə