"Türkiyə və Azərbaycan dövlətinin bu məsələdə mövqeyi bəllidir" - DEPUTAT MÖVQE BİLDİRDİ

"Azərbaycan-Türkiyə münasibətləri, sözsüz ki, müttəfiqlik, dostluq, qardaşlıq münasibətləridir. Dünyamızda hazırda dövlətlər arasında etimadsızlıq mühiti yaranıb. Bu baxımdan Türkiyə-Azərbaycan münasibətləri dövlətlər arasında bir örnəkdir, nümunədir ki, əslində, dövlətlərarası münasibətlər necə olmalıdır". Bunu SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyə səfəri, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri hər zaman böyük məna və əhəmiyyət kəsb edir. İki ölkə arasında münasibətlərə növbəti töhfə verir. Bu nöqteyi-nəzərdən Türkiyə Prezidenti cənab Ərdoğanın Azərbayacana səfəri gözlənilirdi. Artıq səfərin tarixi oktyabrın 26-na nəzərdə tutulub.

Elman Nəsirov bu barədə fikirlərini belə izah edib: "Bu səfər heç şübhəsiz ki, postmünaqişə dövründə həllini gözləyən məsələlərlə bağlı çox ciddi Azərbaycan və Türkiyənin müzakirələri ilə yadda qala bilər. Məlumdur ki, artıq yeni situasiya yaranıb. Yeni situasiyada Ermənistanın baş baş naziri Paşinyan da ölkəsindəki acınacaqlı real vəziyyəti qiymətləndirib. Artıq Türkiyəyə müəyyən impluslar göndərir. Azərbaycanla danışıqlara hazır olduğunu bildirir. Yəni, əməkdaşlıq mühiti ilə bağlı müəyyən siqnallar verməkdədir. Türkiyə dövlətinin də, Azərbaycan dövlətinin də bu məsələdə mövqeyi bəllidir. Həm cənab Ərdoğan, həm də cənab İlham Əliyev bu məsələlərlə bağlı mövqeyini bildirib ki, bəli. Biz əməkdaşlıq etməyə hazırıq.

Əməkdaşlıq real məzmun kəsb etməlidir və bu əməkdaşlıq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə gətirib çıxarmalıdır. Qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınmasına gətirib çıxarmalıdır. Sərhədlərin delimitasiya və bunun ardınca demarkasiyasına gətirib çıxarmalıdır. Ermənistan tərəfindən azad olunmuş ərazilərdə basdırdığı minaların dəqiq xəritəsinin verilməsi ilə yekunlaşmalıdır. Xüsusilə də, Zəngəzur dəhlizinin işə salınmasına gətirib çıxarmalıdır. Əməkdaşlıq ediləcəksə, statusdan söhbət getməməlidir. Azərbaycan Prezidenti bir mənalı olaraq bildirib ki, status məsələsi tarixdə qalıb. Artıq status məsələsi yoxdur. Dediyim məslələrlə bağlı Ermənistanın razılaşması olacaq. Bu da regionda davamlı sülhün formalaşmasına gətirib-çıxara bilər. Hesab edirəm ki, cənab Ərdoğanın Azərbaycana səfəri zamanı bu məsələlər ətrafında çox ciddi müzakirlələr aparılacaq. Həm də Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin bu günü və perspektivləri ilə də bağlı müzakirələrin keçiriləcəyi gözləniləndir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə