“Zəngəzur dəhlizinin açılması üçün növbəti addım gözlənilir” HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Son günlər həm Azərbaycan, həm də Ermənistan tərəfindən münasibətlərin qismən normallaşdırılması istiqamətində müəyyən addımların atıldığı müşahidə olunur. Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı Rüstəm Muradovun Bakıya gəlməsi öncəsi Paşinyanın mina xəritələrini Azərbaycana verməsi barədə müsbət bəyanatı və Rüstəm Muradovun isə Azərbaycandan 5 erməni məhbusunu Ermənistana qaytarması yuxarıda qeyd etdiyim fəaliyyətləri bir daha təsdiq edir”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.

Onun sözlərinə görə, bütün bu proseslərin Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupunun görüşündən öncə baş verməsi kommunikasiyaların, o cümlədən “Zəngəzur dəhlizi”nin açılması üçün növbəti və uğurlu bir addım olduğunu ehtimal etmək olar. Amma yenə də prosesləri izləmək lazımdır”.

Gülyanə

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...