YAP Səbail rayon təşkilatının fəalları şəhidin barelyefinin və büstünün açılışında iştirak ediblər FOTOLAR

YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan Məmmədli Cəmil Habil oğlunun Səbail rayonu 163 nömrəli tam orta məktəb tərəfindən hazırlanan barelyefin və büstün açılış mərasimində iştirak edib. Oktyabrın 20-də Səbail rayonu 163 nömrəli tam orta məktəbdə Vətən müharibəsində şəhid olmuş Məmmədli Cəmil Habil oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Səbail Rayon İcra Hakimiyyəti və Səbail rayonu 163 nömrəli tam orta məktəb tərəfindən hazırlanan barelyefin və büstün açılış mərasimi keçirilmişdir.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və aparat əməkdaşları iştirak etmişlər. Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədli Cəmil Habil oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalları ilə təltif olunmuşdur. Şəhid Cəmil Məmmədlinin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin ölkə başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və Yeni Azərbaycan Partiyasının hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini bildirmişlər.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə