"Ərdoğanın səfəri Azərbaycana göstərilən dəstəyin aydın şəkildə ifadəsidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanla Türkiyənin qardaşlıq münasibələri hər zaman öz intensivliyi, dərinliyi və eyni zamanda əhatə dairəsinin geniş olması ilə fərqlənir. Son illər ölkə rəhbərləri cənab Prezident İlham Əliyev və cənab Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən atılan addımlar, bir-birlərinə verdikləri dəstək ölkələrin tarixində və taleyində baş vermiş müxtəlif səpgili tədbirlərə qatılmaları, həmçinin çətin günlərdə sərgilədikləri dəstəklər mütləq mənada hər iki ölkənin daha da yaxınlaşması, münasibətlərin strateji xətt üzrə inkişafına ciddi şəkildə müsbət təsir göstərib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Deputatın sözlərinə görə, iki ölkə arasında imzalanmış Şuşa bəyannaməsi bu münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırıb: “İllərdir iki ölkənin bir-birinə verdiyi dəstək 44 günlük Vətən müharibəsində də çox aydın şəkildə özünü biruzə verib. Türkiyənin Azərbaycana göstərdiyi açıq siyasi dəstək istər ölkə daxilində, istər beynəlxalq arenada Azərbaycanın haqq savaşına qarşı çıxan müəyyən qüvvələr tərəfindən atılacaq addımların qarşısının alıması, Azərbaycan ordusu və xalqının müharibə zamanı daha həmrəy olması və özünə daha çox güvənməsi nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Postmüharibə dövründə də Türkiyənin istər işğaldan azad olunmuş ərazilərin bərpası, istər beynəlxalq arenada qardaşlıq prinsipindən irəli gələn mövqelərin sərgilənməsi baxımından mühüm addımların atıldığının bir daha şahidi olduq”.

R.Məmmədov vurğulayıb ki, Füzulinin işğaldan azad olunmasının ildönümündə cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Füzuliyə səfəri, orada ictimaiyyətlə görüşü, eyni zamanda Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıq prosesində hər kəsə bir daha məlum oldu ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərin bütün nöqtələrində çox müasir, yenilikçi, eyni zamanda bütün müasir texnologiyaların istifadə olunması ilə bu torpaqlara həyatın yenidən qayıtmasına start verib: “Bu prosesin çox sürətlə aparılmasında təbii ki, Türkiyənin də həm təşkilati, həm də siyasi dəstəyi mövcuddur. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzuli şəhərinə xüsusi reyslə səfər etməsi, Hava Limanının açılışında gözlənilən iştirakı Azərbaycana göstərilən dəstəyin aydın şəkildə ifadəsidir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə