"Füzulidən mənfur düşməni qovmaq böyük qəhrəmanlıq hadisəsi idi" - MÜNASİBƏT BİLDİRİLDİ

“Sözsüz ki, 44 günlük Vətən müharibəsinin hər bir qələbəsi, torpaqlarımızın hər bir qarışının işğaldan azad olunması Azərbaycanın çoxəsrlik tarixində, eləcə də ən yeni tariximizdə böyük bir qəhrəmanlıq salnaməsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, hər qarış torpağımızın işğaldan azad olunması tariximizdə qızıl hərflərlə yazılmalıdır: “Bütövlükdə 44 günlük Vətən müharibəsində bir neçə ərazilərimiz var ki, onların işğaldan azad olunması çox böyük strateji əhəmiyyət daşıyır. Ona görə də məhz Füzulinin işağldan azad olunmasında bu müharibə o qədər gərgin və ağır keçdi ki, bütövlükdə işğalda olan bütün ərazilərin azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında 3 minə yaxın şəhid vermişik. Füzuli cəbhəsini yarmaq, Füzulidən mənfur düşməni qovmaq böyük qəhrəmanlıq hadisəsi idi. Füzuli cəbhəsini yarmaq və Füzuli ətrafında döyüşün əhəmiyyəti haqqında cənab Prezident Xocavənddə ictimaiyyətlə görüşündə qeyd etdi. Bu döyüşlərin nə qədər gərgin olduğu haqqında öz fikirlərini qeyd etdi. Bir daha əsgərlərimizin, milli ordumuzun qəhrəmanlığı haqqında qürurla danışdı”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...