Bütün bunlar İtaliya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir - DEPUTAT ŞƏRH ETDİ

“Prezident İlham Əliyevin "La Reppublica" qəzetinə veridiyi müsahibəsində bu gün cəmiyyəti və dünyanı maraqlandıran bir çox məsələlərə aydınlıq gətirdi. Burada işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasından, Azərbaycanın Qafqazda nəqliyyat dəhlizlərininin yaranmasında rolundan, Avropanı təbii qazla təminatından, İranla Azərbaycan arasında yaranmış gərginlikdən və digər məsələlərdən geniş danışıldı. Cənab Prezidentin jurnalistin ona ünvanladığı suallara lakonik və geniş mənalı cavabları ölkəmizin qonşularla bağlı siyasətini, yeni reallıqa baxışlarını, xarici dairələrin əldə etdiyimiz uğurlarını həzm edə bilməməzlikdən irəli gələn saxta kampaniyarın aparılmasını və ölkəmizdəki xalq-iqtidar birliyinin möhkəmliyinə aydınlıq gətirildi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, xüsusi maraq doğuran məsələlərdən biri də işğaldan azad olunmuş ərazilərin yenidənqurma və bərpa işlərinin gedişatı ilə bağlı olmasıdır: “Ölkə Başçımızın da qeyd etdiyi kimi Qarabağda yenidənqurma işləri sürətlə həyata keçirilir. 2021-ci ildə dövlət büdcəsindən bu işlərin icrasına 1,5 milyard dollar vəsait ayrılıb. Azad etdiyimiz ərazilərin əhatə dairəsi 10 min kvadrat kilometrdən də çox olduğunu və bütün ərazilərdə paralel olaraq layihələrin icra edildiyinə diqqət yetirəndə görürük ki, müharibədən çıxmış Azərbaycan görün nə qədər masştablı işlər görür. Bu gün azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturu yenidən qurulur, 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilib başa çatdırılıb, digər iki hava limanında tikinti işlərinə başlanılıb. O cümlədən bütün ərazilərin elektrik enerjisi ilə təminatı məsələləri ilin sonuna qədər yekunlaşdırılacaqdır. Bununla yanaşı yaşayış məntələrin yenidən qurulmasına start verilib”.

Deputat qeyd edib ki, şəhərlərin və kəndlərin baş planları hazırlanaraq təsdiq olunur: “İşğaldan azad olunmuş ərazilərin siması hər gün yenilənir, müasirləşir. Dövlətimizin məqəsədi işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində müasirləşdirmək, təhlükəsizliyini təmin etmək və qaçqınları öz doğma yurdlarına qaytarmaqdan ibarətdir. Təbii ki, görülən bu işlərdə ölkəmizə dost ölkələr də iştirak edirlər. Bizə dost ölkələr 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olmuş, bizi dəstəkləyən və hər cür yardım etməklərinə hazır olduqlarını bəyan edən ölkələr olub. Məhz, o ölkələrin yanımızda olması ölkəmizi beynəlxalq təzyiqlərdən, o cümlədən müharibənin miqyasının genişlənməsindən qoruyub. İtaliya da müharibənin İlk günündən ölkəmizə öz dəstəyini nümayiş etdirib, yanımızda olduğunu bəyan edərək ədaləti dəstələdiklərini bildirib. Bu ondan irəli gəlir ki, həm ölkələrimiz arasındakı münasibətlər çox yüksək səviyyədədir, həm də İtaliya ədalətin tərəfindədir. Ona görə də bu gün işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prosesində İtaliya şirkətləri yaxından iştirak edir. İtaliya şirkətləri Qarabağda Zəfər, Memorial və işğal muzeylərinin yaradılmasında iştirak edir. Həm də enerji mənbələrin yaradılmasında, o cümlədən kənd təsərrüfatı müəsisələrin yaradılmasında sərmayə qoyurlar. Gələcəkdə də Qarabağda iştirak edəcək İtaliya şirkətlərin əhatə dairəsi daha da genişlənəcəkdir. Bu, bir daha İtaliya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir”.

A.Badamov vurğulayıb ki, Azərbaycan həm də Avropanın təbii qazla təminatında iştirakına başlayıb: “Bu gün qazın qiymətinin dünya bazarlarında artdığı bir zamanda Azərbaycan qazının Avropa İttifaqı üçün əhəmiyyəti artmaqdadır. Bu, həm də ölkə başçımızın beynəlxalq siyasətinin gücünü göstərir. TAP layihəsinin dekabrda başa çatması Azərbaycan qazını Avropa qitəsinə çatdırılmasına imkan verib. Bu, həm də cənab Prezidentin uzaq görən siyasətin bəhrəsidir. Avropa İttifaqında Azərbaycan qazının ilk istehlakçısı da İtaliyadır. Azərbaycan Xəzər dənizində yeni qaz yataqlarını tədqiq etməsi gələcəkdə Avropaya daha çox həcimdə və uzun müddətli təminatının həyata keçirəcəyi deməkdir. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatçısı, həm də etibarlı tərəfdaşıdır. Avropa İttifaqı Azərbaycanla əməkdaşlığını daha da genişləndirilməsində maraqlıdır. Çünki, birinci olaraq qeyd edim ki, ölkəmiz müstəqil siyasət yürüdür, heç kimdən asıllı deyil, dünya üçün maraqlı layihələrin icraçısıdır və münasibətlərdə şəffafdır. Belə olan halda Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər daha da möhkəmlənəcəkdir. Cənab Prezidentin müsahibəsi bir çox mesajlarla zəngindir və bizimlə əməkdaşlıq etmək istəyən ölkələr üçün həm də bir çağırışdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə