Fransanın Ermənistandakı səfiri Qarabağ müqaviləsindən danışır
"Fransa Rusiya və ABŞ-la Dağlıq Qarabağla bağlı uzunmüddətli müqavilə bağlamaq üçün çalışır". Bunu Fransanın Ermənistandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Anne Luyo Azadlıq Radiosuna müsahibəsində bildirib.
Səfir təfərrüatları açıqlamasa da, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən hər üç ölkənin bu prosesdə iştirakını vurğulamağı zəruri hesab edib: “Bilirsiniz ki, burada, Ermənistanda ATƏT-in Minsk qrupunun işində iştirak etmirəm. Bir həmkarım var - Fransanın ATƏT-in Minsk qrupundakı nümayəndəsi Stefan Viskonti. Ancaq artıq deyə bilərəm ki, Nyu-Yorkda irəliləyiş qeydə alınıb, ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə məmnuniyyətlə iki xarici işlər nazirinin (Ermənistan və Azərbaycan) görüşünü təşkil etdik. Kiçik bir addım kimi görünə bilər, amma çox böyük bir addım idi. Ümid edirik ki, digər oxşar həllər olacaq. Sizi əmin edə bilərəm ki, biz Rusiya və Amerikalı tərəfdaşlarımızla Qarabağla bağlı daha uzunmüddətli müqavilə bağlamağa yönəlmiş prosesi inkişaf etdirmək üçün çalışırıq".
ATƏT-in Minsk qrupunun aktivləşməsini gözləməyin lazım olub-olmadığını aydınlaşdıran suala Fransanı təmsil edən diplomat belə cavab verib: “ATƏT-in Minsk qrupu bayaq dediyim kimi Nyu-Yorkda artıq fəallaşıb. Biz tək deyilik. Düşünürəm ki, Ermənistan və Azərbaycan da hərəkət etməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB