"Prezident "Dəmir yumuruğ"un yerində olduğunu vurğuladı" - EKSPERT ŞƏRH ETDİ

“Dövlət başçısı İlham Əliyev Hadruta səfəri proqramında işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri ilə bağlı prosesin daha da intensiv şəkildə davam edəcəyi, məcburi köçkünlərin bu ərazilərə köçürülməsinin planlarının hazır olduğunu vurğuladı”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, həmçinin Ermənistanda revanşistlərə və hakimiyyətə verdiyi mesajlarda bir daha onların diqqətinə çatdıraraq "Dəmir yumuruğ"un yerində olduğunu vurğuladı: “Eyni zamanda hər hansı bir status məsələsinin bitdiyini bir daha elan etdi”.

M.Əsədullazadə vurğulayıb ki, bundan əlavə, bəzi ölkələrin Azərbaycana qarşı avantürist siyasətinin baş tutmayacağını və regionda müharibədən sonra sülhün və inkişafın Azərbaycan tərəfindən uğurla aparılacağını vurğuladı: “Ümumiyyətlə, Prezidentin Hadrut səfəri xüsusi əhəmiyyət daşıyırdı. İşğaldan azad olunmuş ərazilərdə turizm mərkəzləri yaradılacağı, regionun inkişafı üçün mütərəqqi addımların atılması gözlənilir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...