Ermənistanın ombudsmanının gündəlik işi-gücü yalan və şər-böhtanlı informasiyalar yaymaqdan ibarətdir
Davamlı olaraq Azərbaycana qarşı iftiralar səsləndirən Ermənistanın ombudsmanı Arman Tatoyan bu dəfə də əlində heç bir fakt və sübut olmadan, kimlərinsə saxta məlumatları əsasında guya Azərbaycan Silahlı Qüvvələrinin 13 oktyabr 2021-ci il, saat 00:00-dan 01:00-a qədər Zəngəzur vilayətinin Aravus kəndi istiqamətinə atəş açdıqlarını iddia edib. SİA xəbər verir ki, bu barədə yazan antifakte erməni saytı ombudsmanın sözlərinə istinad edərək həmin məlumatların kənd sakinləri tərəfindən Tatoyana verildiyini yazır.
“Söhbət Aravus kəndinin o hissəsindən gedir ki, Azərbaycanın Silahlı Qüvvələri yaşayış evlərindən bir neçə yüz metr aralıda yerləşiblər. Onların qarşısında isə birbaşa Ermənistanın silahlı qüvvələri yerləşərək, sakinlərin müdafiəsi və təhlükəsizliyini müdafiə etmək funksiyasını yerinə yetirir”, deyə sözügedən təsdiqlənməmiş informasiyada bildirilir.
Hətta atəş açılarsa belə, iddia edilən insidentin səbəbkarının erməni tərəfi olduğunu iddia kimi irəli sürmək olar!
Bu məqamda qeyd etmək lazımdır ki, əgər Azərbaycan hərbçilərinin qarşısında erməni silahlı qüvvələri yerləşibsə, bu zaman hətta atəş açılarsa belə, iddia edilən insidentin səbəbkarının erməni tərəfi olduğunu iddia kimi irəli sürmək olar. Yəni ilk atəşin ermənilər tərəfindən açıldığını biz iddia edə, bu təxribata isə cavabın verildiyini bildirə bilərik. Daha dəqiq desək, dərhal Azərbaycan SQ-nin üzərinə qarayaxma və böhtan atmaqdansa, Arman Tatoyan yaxşı olardı ki, ona məlumat verən ermənilərin iddialarını yerində araşdırıb sonra ittihamlarla çıxış edərdi. Lakin göründüyü kimi, erməni həyasızlığı bu dəfə də özünü sübuta yetirib.
Tatoyan qeyd edib ki, atəşkəsə Tex kəndinin icma orqanlarının (?) Ermənistan respublikasının 1-ci ordu korpusunun, eləcə də Rusiya sərhəd xidmətinin nümayəndələrinin “olay” yerinə gəlmələrindən sonra son qoyulub. Artıq iztehza ilə bildirə bilərik ki, görünür, Tex kəndinin icma orqanları da artıq “hərbi-diplomatik” xarakterli situasiyalarda fəaliyyət göstərməyə başlayıb...
Tatoyanın erməni sakinlərinin həyati təhlükələr yaşamaları barədə sərsəm iddiaları isə boş havadan başqa heç nə deyil
Ancaq Tatoyan Azərbaycan tərəfini ittiham edərkən nədənsə unudur ki, məhz onun təmsil etdiyi təcavüzkar ölkəsi 30 il azərbaycanlıların yaşadıqları əraziləri işğalda saxlayıb, talan edib, viran qoyub, üstəlik, dinc sakinləri qətlə yetirib, normal, sülh şəraitini, həmçinin insanların hüquq və azadlıqlarını pozub və s. Bundan sonra isə onun guya erməni sakinlərinin həyati təhlükələr yaşamaları barədə sərsəm iddiaları isə boş havadan başqa heç nə deyil. Çünki Azərbaycan əsgəri dinc əhaliyə atəş açmır!

Bu da azmış kimi, erməni ombudsmanı Göyçə tərəfində də eyni “hadisələrin” yaşandığını iddia edir, üstəlik, bir az da irəliyə gedərək Azərbaycan hərbçilərinə qarşı alçaq, mümkün olmayan həyasız iftiralar atır və s.
Beləliklə, fakt budur ki, Azərbaycanın işğalçı Ermənistan üzərində 44 gün ərzində əldə etdiyi qələbəsindən sonra bu kimi sərsəm erməni başbilənləri hələ də hansısa “möcüzə” axtarışına çıxaraq bərqərar olmuş ədalətin yenidən sıradan çıxacağına ümidlər edir, bu xüsusda öz ənənəvi yalan və böhtanlarını, “əzabkeşlik” vasitələrini də işə salırlar. Ancaq unudurlar ki, onlar nə qədər belə cəhdlər göstərsələr də, artıq qatarları nəinki çoxdan gedib, hətta izi-tozu belə qalmayıb...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB