Tranzit daşımalarla bağlı məsələ müzakirə edilib

Tranzit daşımalarla bağlı məsələ müzakirə edilib

Xəbər verdiyimiz kimi, xarici işlər naziri Ceyhun Bayramovun İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub.

XİN-ədən verilən məlumata görə, nazirlər görüşdə tranzit daşımalarla bağlı məsələni də müzakirə ediblər.

Görüşdə Azərbaycan vasitəsilə tranzit daşımalarına dair sualların aidiyyəti dövlət qurumları arasında birbaşa təmaslar vasitəsilə müzakirə edilməsi qənaətinə gəlinib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə