YAP Şabran rayon təşkilatında “Şəhid ailələrinə qayğı” aksiyası davam edir FOTOLAR
YAP Şabran rayon təşkilatında “Şəhid ailələrinə qayğı” aksiyası davam edir.12 oktyabr 2021-ci il tarixdə Şabran şəhəri Ürfan Orucov küçəsində yaşayan Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Orucov Ürfan Firdovsi oğlunun ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.Mərasimdə Yap Şabran Rayon Təşkilatının sədr səlahiyyətlərini icra edən Mehdi Balabəyov,Hüquq muhafizə orqanlarının rəhbərləri, YAP Şabran rayon təşkilatının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində şəhidimizin məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər.YAP Şabran rayon təşkilatında bundan sonrada "Şəhid ailələrinə qayğı" aksiyası davam edəcək.
Allah şəhidlərimizə rəhmət eləsin.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB