"Qoşulmama Hərəkatının Azərbaycan və dünya üçün əhəmiyyəti əvəzedilməzdir" - DEPUTAT MÖVQE BİLDİRDİ

"Qoşulmama Hərəkatının Azərbaycan və dünya üçün əhəmiyyəti əvəzedilməzdir" - DEPUTAT MÖVQE BİLDİRDİ

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri kimi Hərəkatın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən görüşündə yüksək səviyyədə çıxışı olub". Bunu SİA-ya açıqlamasında deputat Ramil Həsən deyib.

Onun sözlərinə görə, cənab Prezident çıxışı çərçivəsində Qoşulmama Hərəkatının lideri kimi 2019-cu ildən bu yana atılmış olan addımlar və bilavasitə Azərbaycan Prezidentinin rəhbərliyi altında verilmiş təkliflər, qlobal şəkildə pandemiya ilə mübarizə ilə bağlı may ayında keçirilmiş zirvədə beynəlxalq bəlaya qarşı birgə mübarizə metodlarının və mexanizmlərinin işlənib hazırlanması üçün BMT Baş Assembliyasının çağırılması təklifini verib.

Ramil Həsən bu haqda fikrini belə izah edib: "BMT-yə üzv olan dövlətlər bu təklifi dəstəklədi. Bununla da dekabrda belə bir uğurlu xüsusi sessiya keçirildi. Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri kimi Azərbaycanın uğurlu siyasəti nəticəsində Qoşulmama Hərəkatında sədrliyik 2021-ci il iyun ayında keçirilən sessiya zamanı müddəti uzadılıb. Bu müddət 2023-cü ilin dekabrı olaraq müəyyənləşdirilib. Bütün bunlar hamısı Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri kimi Azərbaycanın həm dünya miqyasında, həm də Qoşulmama Hərəkatının öz daxilində uğurlu layihələrin həyata keçirilməsinə şərait yaradılmasının təzahürü kimi meydana gəlmişdir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə