Qusar rayonunda şəhid Kərim Hüseynovun ildönümü keçirilib

Qusar rayonunda şəhid Kərim Hüseynovun ildönümü keçirilib

Qusar rayonunun Piral kəndində Vətən müharibəsinin şəhidi Hüseynov Kərim Tərlan oğlunun ildönümü mərasimi keçirilib. Mərasimdə Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov, YAP rayon təşkilatının rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının və idarə-müəssisələrinin rəhbərləri, şəhid ailəsinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. Mərasim iştirakçıları əvvəlcə şəhidin xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyub və məzarına gül dəstələri düzüb. Rayon rəhbərliyi şəhidin ailəsinin qayğıları ilə maraqlanıb. Söhbət zamanı şəhidin atası Tərlan Kərimov ölkə rəhbərliyinə onlara göstərilən qayğıya görə minnətdarlığını bildirib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə