“Qarabağda heç bir erməni qalmayacaq” Separatçı erməni qaçqını
Hökumət bizə verdiyi heç bir sözünü yerinə yetirmir. Bunu İrəvanda - Ermənistanın hökumət binasının qarşısında etiraz aksiyası keçirən Qarabağ erməniləri bildiriblər. SİA erməni mediasında istinadən xəbər verir ki, Azərbaycanın işğaldan azad olunmuş Hadrut rayonundan Ermənistana qaçan erməni bildirib ki, onların etirazları hökumətdən iş, yaşayış yeri tələb etmələri ilə bağlıdır. “Hökumət bizimlə sonuncu görüşündə vəd verdi ki, sosial dəstək göstərəcəklər və hər ay bizə adambaşı 25 min dram verəcəklər”, deyə o bildirib.
Lakin etirazçı erməni hökumətin Qarabağda (Rusiya sülhməramlılarının məsul olduqları və hələ də separatçıların qaldıqları Azərbaycan əraziləri-R.) onlar üçün yaşayış evləri tikəcəyi ilə bağlı qərarına da maraqlı münasibət bildirib. Onun sözlərinə görə, qaçqınlar Qarabağa yalnız o halda geri qayıda bilərlər ki, əgər orada “milli-azadlıq mübarizəsi” (?!) başlasın.
“Əgər Qaraba “status” ala bilməsə orada heç bir erməni qalmayacaq”, deyə düşdüyü ağır və böhranlı vəziyyətindən nəticə çıxara bilməyən separatçı erməni qaçqını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB