"Azərbaycan xalqı qurucudur və yaradıcıdır" - SİYASİ ŞƏRHÇİ AÇIQLADI

"Azərbaycan xalqı qurucudur və yaradıcıdır" - SİYASİ ŞƏRHÇİ AÇIQLADI

"Hardrut qəsəbəsi Azərbaycan üçün böyük əhəmiyyət daşıyırdı və Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatlar zamanı ən çox müzakirə mövzusu olan və Ermənistanın da daha çox manipulyasiya etdiyi yaşayış məntəqəsi idi". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, ermənilər dəfələrlə, müxtəlif müstəvilərdə sübut etməyə çalışırdı ki, Azərbaycan ordusu Hardrutu azad etməyib, amma bütün bunlarla yanaşı informasiya müharibəsi zamanı həm Ermənistan, həm də Ermənistana dəstək verən müxtəlif ölkələrdən gəlmiş "media təmsilçiləri" nəticədə özlərini ifşa etdilər.

Elçin Mirzəbəyli bu barədə fikirlərini belə izah edib: "Beləliklə, Azərbaycan ordusunun necə uğurlu əməliyyat keçirdiyinin bütün dünya şahidi oldu. Ermənilər nə üçün daha çox Hardrut məsələsi üzərində müzakirə aparırdılar? Çünki qismən daha çox məskunlaşmış ərazilərdən biri hesab olunurdu. Dağlıq ərazidə yerləşirdi. Hadrutun əldə olunması, artıq işğalçı rejimin işğal alında olan Azərbaycan torpaqları ilə bağlı verdiyi bütün bəyanatları sıfır müstəvisinə endirirdi. Artıq Ermənistan cəmiyyətində məğlubiyyət mesajları yayılırdı.

Digər səfərlərində olduğu kimi cənab Prezident önəmli mesajlar verdi. Siyasi şərhşi bu barədə deyib: "Azərbaycan Prezidentinin işğaldan azad olunmuş səfərləri təkcə Azərbaycan ictimaiyyəti tərəfindən yox, bütün dünya tərəfindən, xüsusilə də, Ermənistan tərəfindən diqqətlə izlənir. Bu mesajların içərisində 30 ilə yaxın bir müddət ərzində ermənilərin işğal etdikləri ərazilərdə faktiki olaraq heç bir yaşayış məntəqəsi və infrastruktur layihəsi həyata keçirmədiyini xüsusi olaraq vurğuladı.

Digər tərəfdən Azərbaycan torpaqlarının işğalı əlavə torpaq sahələrinin qəsb edilməsindən daha çox Ermənistanın korrupsiyalaşmış siyasi hakimiyyətlərinin cinayət məqsədlərinə xidmət edib. Bu ərazilərdən onlar müxtəlif zamanlarda öz fərdi, şəxsi maraqlarını təmin etməyə çalışıblar. Azərbaycan isə işğaldan azad etdiyi əraziləri yenidən qurur. Bu ərazilərdə artıq qısa müddətdə böyük işlər görülüb. Mahiyyət etibarı ilə Azərbaycan xalqı qurucudur və yaradıcıdır. Ayaq basdığı hər yerdə öz mədəni izlərini qoyur. Bu aspektdən də düşünürəm ki, cənab Prezidentin Hardrut səfəri həm də bütün dünyaya Azərbaycanın çatdırmaq istədiyi mesajların verilməsi baxımdan mühüm oldu".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə